SON XƏBƏRLƏR

Qətərli nümayəndə heyətinin Tehrana mühüm səfəri

2026.06.10, 20:16
Qətərli nümayəndə heyətinin Tehrana mühüm səfəri

Qətər İran və ABŞ arasındakı fikir ayrılıqlarını azaltmağa çalışır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, beynəlxalq media İran və ABŞ arasında qalan fikir ayrılıqlarının müzakirəsi üçün Qətərdən bir nümayəndə heyətinin Tehrana səfər etdiyini bildirib.

Frans Press agentliyi məlumatlı bir diplomatın sözlərinə istinadən yazıb ki, nümayəndə heyəti amerikalı rəsmilərlə məsləhətləşmələrdən sonra Tehrana gedib və tərəflər arasında qalan fikir ayrılıqlarını azaltmağa, mövqeləri yaxınlaşdırmağa çalışır.

İran mediası da bu səfəri təsdiqləyərək bildirib ki, Qətər nümayəndə heyəti ikitərəfli münasibətlər və regional hadisələr barədə müzakirələr aparmaq üçün Tehrana gəlib.

Bu səfər Qətərin son həftələrdə Pakistanla yanaşı İran və ABŞ arasında vasitəçilik rolunu gücləndirməyə çalışdığı bir dövrdə baş tutur. Nümayəndə heyətinin Tehrana səfəri həmçinin Tehran və Vaşinqton arasında gərginliyin artmasından bir neçə saat sonra reallaşıb.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar