SON XƏBƏRLƏR

İran Prezident Administrasiyası Aparatının müavini Pezeşkianı təhdid edən şəxs barədə tədbir görülməsini tələb edib

2026.06.20, 10:59
İran Prezident Administrasiyası Aparatının müavini Pezeşkianı təhdid edən şəxs barədə tədbir görülməsini tələb edib

İran Prezident Administrasiyası Aparatının kommunikasiya və informasiya üzrə müavini Mehdi Təbətəbai Prezident Məsud Pezeşkianı hədələyən bir məddahla bağlı “qəti və qanuni tədbir görülməsini” tələb edib.

Gunaz.tv

Mehdi Təbətəbai “X” sosial şəbəkəsində paylaşım edərək ölkənin ikinci ən yüksək vəzifəli şəxsinə qarşı bu qədər açıq şəkildə təhqir və təhdid dolu “şübhəli, özbaşına və sərhədi aşan ünsürlərə” qarşı səlahiyyətli qurumların “qəti və qanuni addım atmasını” istəyib.

Sosial şəbəkələrdə yayılan və İranın bəzi daxili media orqanları tərəfindən də paylaşılan videoda bir məddahın Məsud Pezeşkianı açıq şəkildə hədələdiyi görünür.

Məddah Məhəmmədəli Bəxşi prezidentə müraciətlə deyir ki, “əgər rəhbərin şərtləri yerinə yetirilməsə, biz və sizin boğazınız və qılıncımız var.”

İran mediası cümə axşamı günü Müctəba Xameneiyə aid olduğu bildirilən yazılı bir mesaj yayıb. Mesajda İran ilə ABŞ arasında imzalanmış son anlaşma ilə bağlı Müctəba Xameneinin “başqa bir mövqedə” olduğu qeyd edilir və məsuliyyətin hazırda Ali Milli Təhlükəsizlik Şurasının sədri Məsud Pezeşkianın və şuranın digər üzvlərinin üzərinə düşdüyü bildirilir.

Mesajda son razılaşma “İran və ABŞ prezidentləri arasında əldə olunmuş anlaşma” kimi təqdim olunur və bildirilir ki, bu andan etibarən İslam Respublikasının rəhbəri və xalqı açıqlanmış şərtlərin yerinə yetirilməsini gözləyəcək.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar