SON XƏBƏRLƏR

ABŞ: İŞİD-in yüksək rütbəli lideri öldürülüb

2026.06.24, 17:35
ABŞ: İŞİD-in yüksək rütbəli lideri öldürülüb

ABŞ-ın hava hücumu İŞİD rəhbərlərindən birini hədəf alıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində həyata keçirilən hava əməliyyatı nəticəsində İŞİD-in yüksək rütbəli liderlərindən biri olan Əli Hüseyn əl-Ələvinin öldürüldüyünü açıqlayıb.

CENTCOM çərşənbə günü X platformasında bildirib ki, əməliyyat iyunun 19-da həyata keçirilib və ABŞ-ın terror qruplaşmalarına qarşı mübarizə səylərinin bir hissəsi olub.

CENTCOM-un komandanı Bred Kuper deyib ki, ABŞ qüvvələri və regional tərəfdaşları İŞİD qalıqlarına qarşı əməliyyatları davam etdirəcək və qruplaşmanın yenidən güclənməsinin qarşısını almağa çalışacaq.

O vurğulayıb ki, ABŞ öz qüvvələrini, müttəfiqlərini və bölgədəki maraqlarını qorumaqda davam edəcək.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar