SON XƏBƏRLƏR

Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib

2026.06.26, 08:27
Əraqçi Aşura mesajında Əli Xameneini İmam Hüseynlə müqayisə edib

İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində Aşura münasibətilə paylaşdığı mesajda öldürülmüş ali lider Əli Xameneini İmam Hüseynlə müqayisə edib.

Gunaz.tv

O, paylaşımına Xameneinin təsvir olunduğu bir rəsm əsərini də əlavə edib.

“Şiə müsəlmanları İmam Hüseyni Kərbəla düzündə hər şeyini fəda etdiyi üçün Şəhidlərin Ağası kimi ehtiramla yad edirlər”, – deyə Əraqçi yazıb.

O əlavə edib:

“Eynilə, biz də İran İslam İnqilabının Şəhidlərinin Ağası olan Böyük Ayətullah Seyid Əli Xameneinin şəhid edilməsini heç vaxt unutmayacaq və bağışlamayacağıq.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar