SON XƏBƏRLƏR

İranda illik inflyasiya 88,6 faizə çatdı

2026.06.27, 22:50
İranda illik inflyasiya 88,6 faizə çatdı

Gunaz.tv

İranın Statistika Mərkəzi ölkədə illik inflyasiyanın kəskin artdığını açıqlayıb. Rəsmi məlumatlara əsasən, son bir ayda illik inflyasiya 88,6 faizə yüksəlib.

Hesabata görə, may ayında illik inflyasiya göstəricisi 62 faiz olub və bu rəqəm aprel ayı ilə müqayisədə 4,3 faiz artıb.

İllik inflyasiya ötən ilin eyni ayı ilə müqayisədə qiymətlərin dəyişməsini göstərir. Buna görə də ailələr cari ilin may ayında 2025-ci ilin may ayı ilə müqayisədə eyni mal və xidmətlər üçün orta hesabla 88,6 faiz daha çox pul ödəyiblər.

Rəsmi statistikaya əsasən, kənd yerlərində illik inflyasiya 108 faizi keçib. Ərzaq, içki və tütün məhsulları qrupunda isə qiymət artımı 134,6 faizə çatıb.

Ekspertlər beynəlxalq sanksiyalar, iqtisadi problemlər, sistemli korrupsiya və son siyasi-təhlükəsizlik böhranlarını İran iqtisadiyyatına təzyiq göstərən əsas amillər kimi göstərirlər.

Bundan əvvəl İran Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərindən biri ölkə vətəndaşlarının “60 faizinin” daha artıq iqtisadi təzyiqə dözə bilmədiyini və gələcəklə bağlı ümidlərinin azaldığını bildirmişdi.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar