SON XƏBƏRLƏR

SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı

2026.06.28, 06:36
SEPAH ABŞ bazalarına hücum etdiyini açıqladı

Gunaz.tv

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu qurumun dəniz və hava-kosmik qüvvələrinin birgə əməliyyat zamanı Küveyt və Bəhreyndəki səkkiz Amerika hərbi infrastrukturunu raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını bildirib.

SEPAH-ın açıqlamasına əsasən, hücumlar bazar günü səhər saat 02:00-03:00 arasında həyata keçirilib və Küveytdəki Əli Əl-Salem hərbi bazası ilə Bəhreyndəki Bəndər Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması hədəf alınıb.

SEPAH iddia edib ki, bu hücumlar ABŞ-ın daha əvvəl Sirik bölgəsindəki İran mövqelərinə qarşı həyata keçirdiyi əməliyyata cavab olaraq təşkil olunub.

SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda deyilir: “ABŞ-ın Sirikə kor-koranə atəş açması bizim boğaza nəzarət imkanlarımızla bağlı sualları həll etmir. Lakin bizim qayda pozanlara qarşı atəşimiz digər gəmilərə keçid yolunu xatırladır.”

Bəyanatda həmçinin bildirilib: “Bölgədəki Amerika bazalarının hesabı ayrıdır. Onlar bu günlərdə cəhənnəmi yaşayacaqlar.”


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar