SON XƏBƏRLƏR

SEPAH-a bağlı media: İranın nüvə bombası əldə etməkdən başqa çıxış yolu yoxdur

2026.06.28, 17:59
SEPAH-a bağlı media: İranın nüvə bombası əldə etməkdən başqa çıxış yolu yoxdur

SEPAH-a bağlı Fars Xəbər Agentliyi bazar günü dərc etdiyi şərh yazısında bildirib ki, yeni dünya nizamına keçid dövründə İrana qarşı hərbi seçimi aradan qaldırmaq üçün ölkənin nüvə bombası əldə etməkdən başqa çıxış yolu yoxdur.

Gunaz.tv

Yazıda qeyd olunub ki, İran digər mübahisələrin danışıqlar yolu ilə həlli üçün zəruri olan “sakitliyi” təmin etmək məqsədilə nüvə çəkindiriciliyinə nail olmalıdır.

Fars yazıb ki, yalnız belə şəraitdə danışıqları “düzgün mövqedən” aparmaq mümkün olacaq.

Agentlik həmçinin iddia edib ki, nüvə çəkindiriciliyi İran, ABŞ və İsrail arasında qüvvələr balansı yarada və mümkün hər hansı münaqişənin miqyasını nəzarət altında saxlaya bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar