SON XƏBƏRLƏR

Pezeşkian: İran və Qətər 6 milyard dollarlıq aktivin blokdan çıxarılması barədə razılığa gəlib

2026.06.29, 12:50
Pezeşkian: İran və Qətər 6 milyard dollarlıq aktivin blokdan çıxarılması barədə razılığa gəlib

Son atəşkəs və sülh razılaşması çərçivəsində İranın neft və neft-kimya sektoruna tətbiq edilən sanksiyalar aradan qaldırılıb, Qətərdə dondurulmuş 6 milyard dollarlıq İran vəsaiti isə ölkəyə qaytarılacaq.

Gunaz.tv

Bu barədə İran Prezidenti Məsud Pezeşkian Qum şəhərinə səfəri zamanı bildirib.

O qeyd edib ki, qaytarılacaq 6 milyard dollar Qətərdə saxlanılan ümumilikdə 12 milyard dollarlıq İran aktivlərinin bir hissəsidir: “6 milyard dolların qaytarılması ilə bağlı razılıq əldə olunub və qalan vəsaitin də geri qaytarılması istiqamətində işlər davam edir”.

Pezeşkianın sözlərinə görə, aktivlərin azad edilməsi və sanksiyaların ləğvi İsveçrədə keçirilən danışıqlar və İslamabad Anlaşma Memorandumu çərçivəsində razılaşdırılıb.

İran Prezidenti əlavə edib ki, hökumət artıq müharibədən sonrakı bərpa planlarının hazırlanmasına başlayıb və əhaliyə dəstək məqsədilə ərzaq subsidiyalarının maliyyələşdirilməsini artırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar