SON XƏBƏRLƏR

İranlı deputat: ABŞ-la yekun razılaşma parlament tərəfindən təsdiqlənməlidir

2026.06.29, 18:22
İranlı deputat: ABŞ-la yekun razılaşma parlament tərəfindən təsdiqlənməlidir

ehran və Vaşinqton arasında danışıqlar nəticəsində əldə olunacaq hər hansı yekun razılaşma və ya sənəd parlament tərəfindən təsdiqlənməlidir.

Gunaz.tv

Bunu İran parlamenti Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib.

Səliminin sözlərinə görə, hazırkı İran-ABŞ anlaşma memorandumu yalnız ümumi çərçivəni müəyyən edir. Əgər bu sənəd yekun razılaşmaya çevrilərsə, o zaman Konstitusiyanın 77-ci və 125-ci maddələrinə uyğun olaraq maddə-maddə parlamentdə nəzərdən keçirilməli və təsdiqlənməlidir.

“Heç kim Nüvə Sazişi (JCPOA) zamanı bizə qarşı tətbiq olunan oyunun yenidən təkrarlanmasına imkan verməyəcək”, – deyə Səlimi bildirib. O, bununla İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini nəzərdə tutub. Həmin sazişdən ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə ölkəsini çıxarmışdı.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar