SON XƏBƏRLƏR

İranın qərbində silahlı hücum nəticəsində SEPAH-ın iki üzvü öldürülüb

2026.06.30, 09:26
İranın qərbində silahlı hücum nəticəsində SEPAH-ın iki üzvü öldürülüb

İranın qərbində yerləşən Kirmanşah əyalətinin Pavə rayonunda baş verən silahlı hücum nəticəsində SEPAH-ın iki üzvü həlak olub, daha iki nəfər isə yaralanıb.

Gunaz.tv

Bu barədə əyalətin SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi çərşənbə axşamı məlumat yayıb.

SEPAH hadisəni “terror hücumu” kimi qiymətləndirib və bildirib ki, atışma bazar ertəsi axşam saatlarında yaşayış evinin qarşısında baş verib.

Qurum əlavə edib ki, hadisənin təfərrüatları araşdırılır və hücumu həyata keçirən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar