SON XƏBƏRLƏR

Tehranın qəzeti Trampı snayper nişangahında təsvir edib: “Qisas qaçılmazdır”

2026.06.30, 09:33
Tehranın qəzeti Trampı snayper nişangahında təsvir edib: “Qisas qaçılmazdır”

Tehran Bələdiyyəsinə məxsus “Həmşəhri” qəzeti çərşənbə axşamı çıxan nömrəsinin ilk səhifəsində ABŞ Prezidenti Donald Trampı snayper nişangahında təsvir edib.

Gunaz.tv

Şəkilin üzərində isə “Qisas qaçılmazdır” başlığı yer alıb.

Qəzet bu mesajı İranın ali rəhbəri Müctəba Xameneiyə aid edərək, “Müharibə cinayətkarları cəzalandırılmalıdır” alt başlığını da dərc edib.

Nəşrdə həmçinin ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı İran rəhbərliyinin nümayəndələrinin öldürülməsinə cavab olaraq qisas çağırışları edən bir sıra yüksək rütbəli din xadimlərinin açıqlamalarına yer verilib.

“Həmşəhri” İranın ən yüksək tirajlı gündəlik qəzetlərindən biridir və Tehran Bələdiyyəsi tərəfindən maliyyələşdirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar