SON XƏBƏRLƏR

Pezeşkian: ABŞ öhdəliklərinə əməl edərsə, İran da anlaşma memorandumuna sadiq qalacaq

2026.06.30, 10:13
Pezeşkian: ABŞ öhdəliklərinə əməl edərsə, İran da anlaşma memorandumuna sadiq qalacaq

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, Tehran da ABŞ ilə imzalanmış anlaşma memorandumuna əməl edəcək.

Gunaz.tv

“Anlaşma qarşılıqlı məsələdir. Əgər Amerika tərəfi memoranduma əməl edərsə, biz də öz öhdəliklərimizi yerinə yetirəcəyik”, – deyə Pezeşkian X sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, İran “əsassız təhdidlərə və məntiqsiz bəyanatlara” cavab olaraq qərar qəbulunda “ağıl və insan ləyaqətinə”, zərurət yarandıqda isə “qətiyyətli və qorxmaz addımlara” arxalanır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar