SON XƏBƏRLƏR

İranda SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi müavini avtomobil qəzasında ölüb

2026.06.30, 10:18
İranda SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi müavini avtomobil qəzasında ölüb

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi müavini Məhəmməd Əkbərzadə avtomobil qəzası nəticəsində həlak olub.

Gunaz.tv

Məlumata görə, Əkbərzadənin avtomobili Yəzd–Kirman magistral yolunda aşıb. O, ağır yaralı vəziyyətdə tibb müəssisəsinə çatdırılsa da, aldığı xəsarətlərdən həyatını itirib.

Avtomobilin aşmasının səbəbi barədə hələlik məlumat verilməyib. Lakin SEPAH-a bağlı Fars xəbər agentliyi bildirib ki, hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri də bu ilin aprel ayında İsrail və ABŞ-ın İran İslam Respublikasına qarşı birgə hərbi əməliyyatı zamanı Bəndər-Abbasda SEPAH mövqelərinə endirilən zərbə nəticəsində həlak olmuşdu.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar