SON XƏBƏRLƏR

İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib

2026.07.02, 14:49
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib

İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda "qətiyyətli cavabla" üzləşəcəklərini bəyan edib.

Gunaz.tv

Bu barədə İran dövlət televiziyası "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

"İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq. Bu isə qaydanı pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq", – İran hərbi komandanlığının bəyanatında bildirilir.

Xatırladaq ki, Hörmüz boğazı İranın daxili suları yox, beynəlxalq sular hesab edilir.
 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar