SON XƏBƏRLƏR

İran ordusu Xameneinin dəfni ərəfəsində sərhəd qüvvələrini gücləndirib

2026.07.02, 16:12
İran ordusu Xameneinin dəfni ərəfəsində sərhəd qüvvələrini gücləndirib

İran ordusu keçmiş ali rəhbər Əli Xameneinin dəfn mərasimi ərəfəsində quru və dəniz sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Gunaz.tv

Bu barədə cümə axşamı İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya məlumat verib.

Onun sözlərinə görə, dəfn mərasimi ilə əlaqədar həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində sərhəd bölgələrində yerləşən hərbi bölmələr gücləndirilib.

Əkrəminiya əlavə edib ki, həmçinin Hərbi Dəniz Qüvvələrinin dənizdə monitorinq fəaliyyəti və hava hücumundan müdafiə sistemlərinin müşahidə tədbirləri də intensivləşdirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar