SON XƏBƏRLƏR

Hörmüz boğazında marşrut Oman yoluna yönəlir - İranın danışıqlar heyəti hədəf göstərilir

2026.07.04, 10:23
Hörmüz boğazında marşrut Oman yoluna yönəlir - İranın danışıqlar heyəti hədəf göstərilir

Gəmiçilik üzrə analitik şirkət Kpler tərəfindən yaxın vaxtlarda yayımlanan peyk əsaslı gəmi izləmə görüntülərinə görə İrana məxsus olmayan bir çox ticarət gəmisinin son dövrlərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazının Oman sahili boyunca keçən marşrutundan istifadə etdiyi, İran marşrutu ilə isə yalnız məhdud sayda İran gəmisinin hərəkət etdiyi görünür.

Gunaz.tv

İrandakı sərt xətt tərəfdarları bunu İranın yurisdiksiyasından faktiki uzaqlaşma kimi qiymətləndirirlər.

Mühafizəkar yönümlü Xətte Enerji iqtisadi saytının baş redaktoru Ehsan Hüseyni internetdə yayımladığı videoda iddia edib ki, həm "dəniz blokadası", həm də "Oman dəhlizi" ABŞ ilə aparılan danışıqların nəticəsidir və bunun məsuliyyətini İranın danışıqlar heyəti daşıyır.

“Hazırda gəmi karvanları ABŞ hərbi qüvvələrinin müşayiəti ilə bu dəhlizdən keçir. Sizin bu ağır səhviniz bağışlanmazdır”, – deyə o bildirib.

Hüseyni sosial şəbəkədə paylaşdığı başqa bir yazıda isə qeyd edib ki, İran diplomatları “nəinki hər hansı rüsum toplaya bilməyiblər, hətta boğazda Oman dəhlizinin yaradılması üçün şərait də yaradıblar”.

O, həmçinin ritorik sual verib, İranın bu vəziyyətin qarşısını almaq üçün hərbi imkanlarımı yoxdur, yoxsa kimsə silahlı qüvvələrin əl-qolunumu bağlayıb?

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar