SON XƏBƏRLƏR

İran Enerji İxracatçısından İdxalçısına Çevrilir

2026.07.06, 10:02
İran Enerji İxracatçısından İdxalçısına Çevrilir

Yay mövsümündə elektrik enerjisinə tələbat pik həddə çatdığı bir vaxtda İran rəsmiləri ölkənin elektrik enerjisi üzrə 15–20 faiz çatışmazlıqla üzləşdiyini bildirirlər.

Gunaz.tv

Qeyd edək ki, son hərbi zərbələr nəticəsində bir sıra neft-kimya və polad müəssisələrinin fəaliyyətinin azalması səbəbindən sənaye istehlakının aşağı düşməsinə baxmayaraq İran yenə də elektrik enerjisi çatışmazlığı ilə üzləşir.

Elektrik çatışmazlığı o qədər ciddi həddə çatıb ki, İranın energetika nazirinin müavini iyunun 2-də elektrik enerjisi idxalını müzakirə etmək üçün Türkiyəyə səfər edib.

İranın Energetika Nazirliyinin məlumatına görə, ötən il ölkədə xalis elektrik enerjisi idxalı 1,1 teravat-saat (TWs) təşkil edib. Bu, ilk dəfədir ki, idxal ixracı üstələyib. Halbuki on il əvvəl İran hər il xalis əsasda təxminən 8 TWs elektrik enerjisi ixrac edir və özünü regionun əsas enerji təchizatçılarından biri hesab edirdi.

Təbii qaz ixracı da oxşar ziddiyyəti ortaya qoyur. Qış aylarında daxili qaz çatışmazlığı səbəbindən elektrik stansiyaları və sənaye müəssisələri dəfələrlə istehlakı azaltmağa məcbur olsalar da, İran ötən il 15,4 milyard kubmetr təbii qaz ixrac edib.

Lakin bu ixracın gələcəyi getdikcə daha qeyri-müəyyən görünür. İranla Türkiyə arasında imzalanmış 25 illik təbii qaz ixracı müqaviləsinin müddəti bu ay başa çatır və əgər müqavilə yenilənməzsə, İraq Tehran üçün yeganə əsas qaz alıcısı olaraq qalacaq.

İraq da son illərdə İranın qaz və elektrik enerjisi tədarükündə dəfələrlə fasilələrlə üzləşib və buna görə regiondakı enerji layihələri vasitəsilə alternativ mənbələr axtarmağa başlayıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar