SON XƏBƏRLƏR

İranda istixana qazı ayrılmaları artıb

2026.07.06, 11:03
İranda istixana qazı ayrılmaları artıb

İranda istixana qazı ayrılmaları artıb.

Gunaz.tv

Bu, Enerji İnstitutunun yayımladığı Dünya Enerjisinin Statistik hesabatında özünü göstərir.

Hesabata görə, İran ilk dəfə olaraq Yaponiyanı geridə qoyaraq Çin, ABŞ, Hindistan və Rusiyadan sonra dünyanın beşinci ən böyük istixana qazı ayrılması mənbəyinə çevrilib.

Əhalisi İrana yaxın olan, lakin iqtisadiyyatları müvafiq olaraq təxminən 18 dəfə4,5 dəfə böyük olan Almaniya və Türkiyə İranın buraxdığı istixana qazının yalnız təxminən yarısı qədər emissiya yaradır.

İranın istixana qazı ayrılmaları ötən il tarixdə ilk dəfə 1 milyard tonu ötüb.

Ölkədə uzunmüddətli təbii qaz çatışmazlığı elektrik stansiyalarında və sənaye müəssisələrində mazutdan daha geniş istifadə edilməsinə səbəb olub. Eyni zamanda, bərpa olunan enerji layihələrinin ləng inkişafı, su elektrik enerjisi istehsalının azalması və nüvə energetikasının məhdud imkanları İranın karbon tutumlu yanacaq növlərindən yüksək asılılığını davam etdirib.

Nəticədə paradoksal vəziyyət yaranıb: İran enerji çatışmazlığının getdikcə dərinləşməsinə baxmayaraq, ölkənin istixana qazı ayrılmaları 2015-ci ildən bəri 31 faiz artıb. Bu isə İranın enerji sisteminin getdikcə daha səmərəsiz və karbon tutumlu xarakter aldığını göstərir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar