SON XƏBƏRLƏR

Axios: ABŞ Hörmüz boğazı yaxınlığında İranın hərbi hədəflərinə zərbələr endirib

2026.07.08, 05:30
Axios: ABŞ Hörmüz boğazı yaxınlığında İranın hərbi hədəflərinə zərbələr endirib

Axios nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ ordusu çərşənbə axşamı Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə, sahil müşahidə sistemlərinə, "yer-hava" raket komplekslərinə, gəmi əleyhinə qanadlı raket mövqelərinə, pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə və liman obyektlərinə hava zərbələri endirib.

Gunaz.tv

Axios bildirir ki, bu zərbələr Vaşinqton və Tehran arasında razılaşdırılmış bir həftəlik fasilənin başa çatmasından sonra İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumları yenidən başlamasına cavab olaraq həyata keçirilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə açıqlamasında bildirib ki, zərbələrin məqsədi beynəlxalq su yolunda kommersiya gəmiçiliyinə qarşı hücumlara görə İranın "ağır bədəl ödəməsini təmin etmək" olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar