SON XƏBƏRLƏR

ABŞ İrana ağır zərbələr endirdi

2026.07.08, 05:04
ABŞ İrana ağır zərbələr endirdi

İranın daxili KİV-ləri ötən gecə ölkənin cənub bölgələrində bir neçə partlayışın baş verdiyini bildirirlər.

Gunaz.tv

ABŞ ordusu (CENTCOM) bu gün, çərşənbə, 8 iyul səhər saatlarında İranın cənubunda 80-dən çox hərbi hədəfə qarşı genişmiqyaslı və ağır zərbələr endirib.

Hücumlar bu gün səhər tezdən, təxminən saat 02:00–03:00 arasında başlayıb və əsasən İranın Hörmüzgan ostanının sahil zolağını, eləcə də Hörmüz boğazı ətrafındakı strateji bölgələri hədəf alıb.

Bəzi KİV-lər partlayışların Sirikdə baş verdiyini bildirir, digərləri isə Qeşm adasında, eləcə də Bəndər-Abbasın şərq və qərb hissələrində partlayışların qeydə alındığını xəbər verirlər.

Fars Xəbər Agentliyi Bəndər-Abbas limanlarından birində bir neçə gəmi və balıqçı qayığının zərər gördüyünü bildirib. Agentliyin yazdığına görə, İranın hava hücumundan müdafiə qüvvələri hələ də daxil olan hava vasitələri və mərmilərlə qarşıdurmanı davam etdirir.

Agentlik həmçinin Sirik ticarət iskələsində bir neçə nəfərin yaralandığını bildirib.

Bundan əvvəl, İran və ABŞ arasında kövrək atəşkəs dövründə İran hərbi qüvvələri Hörmüz boğazından keçən gəmilərə mərmi atmaqda ittiham olunduğu hallarda, ABŞ qüvvələri İranın cənubunda yerləşən bəzi hərbi və kəşfiyyat obyektlərini hədəfə alırdı.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar