SON XƏBƏRLƏR

SEPAH ABŞ mövqelərinə raket və PUA hücumu etdiyini iddia etdi

2026.07.08, 07:36
SEPAH ABŞ mövqelərinə raket və PUA hücumu etdiyini iddia etdi

SEPAH: Bəhreyn və Küveytdə ABŞ-a məxsus 85 hərbi obyekti hədəfə aldıq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, SEPAH çərşənbə günü səhər saatlarında ABŞ-ın ötən gecə həyata keçirdiyi hücumlara ilk cavab olaraq Bəhreyn və Küveytdə yerləşən onlarla ABŞ hərbi obyektini raket və PUA hücumları ilə hədəfə aldığını, həmçinin ABŞ-a məxsus bir MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib.

İran dövlət televiziyasında yayımlanan SEPAH bəyanatında deyilir: “ABŞ-ın təcavüzünə ilkin cavab olaraq, SEPAH-ın Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələri birgə raket və PUA əməliyyatı zamanı iki ölkədə ABŞ ordusuna məxsus 85 əsas obyekti hədəfə alıb və bir MQ-9 pilotsuz uçuş aparatını da vurub.”

SEPAH həmçinin ABŞ-a məxsus MQ-9 pilotsuz uçuş aparatının İranın cənubunda aşkarlanaraq vurulduğunu iddia edib. Bu iddia ilə bağlı hələlik əlavə məlumat yayılmayıb və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Eyni zamanda, İran rəhbərinin müşaviri və SEPAH-ın keçmiş komandanı Möhsün Rzayi “Donald Tramp yenidən İrana hücum etməyi planlaşdırır” iddiasını səsləndirərək, “Biz hazırıq” deyib.

Bu iddialar ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bundan əvvəl son əməliyyat zamanı İranla əlaqəli 80-dən çox hədəfi, o cümlədən SEPAH-a məxsus 60-dan çox sürətli qayığı vurduğunu açıqlamasından sonra səsləndirilib. Görünür, SEPAH-ın ABŞ-a məxsus “85 əsas obyektin” hədəfə alındığı barədə iddiası həmin əməliyyata cavab olaraq irəli sürülüb.

 

 

Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar