SON XƏBƏRLƏR

Tramp: İran hakimiyyətini devirmək istəyən minlərlə etirazçı öldürülüb

2026.07.08, 12:57
Tramp: İran hakimiyyətini devirmək istəyən minlərlə etirazçı öldürülüb

Yanvar ayında İranda keçirilən etiraz eyləmləri zamanı hakimiyyəti devirmək istəyən iranlılar buna nail ola bilməyiblər, çünki etiraz edənlərin çoxu öldürülüb.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ankarada keçirilən NATO sammitində çıxış edən Tramp İran rəhbərlərini "yalançı", "dələduz" və "xəstə insanlar" adlandırıb, Tehranla gələcək danışıqların isə əhəmiyyətli nəticə verəcəyinə inanmadığını deyib.

"Onlar öz xalqlarına zülm ediblər. İndiyədək etiraz edən 54 min nəfəri öldürüblər", – deyə Tramp bildirib.

O əlavə edib:

"İnsanlar soruşurlar ki, niyə hakimiyyəti ələ keçirə bilmədilər? Çünki onlar artıq həyatda deyillər. Onları öldürdülər."

Tramp bildirib ki, etirazçıların silahı olmayıb, halbuki İranın təhlükəsizlik qüvvələri pulemyotlarla silahlanmışdı. O, İslam Respublikasını insanları öldürməkdə ittiham edib və media qurumlarını bu hadisələri kifayət qədər işıqlandırmamaqda tənqid edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar