SON XƏBƏRLƏR

Tramp: ABŞ İranla razılaşma olmadan da məqsədinə çata bilər

2026.07.08, 17:41
Tramp: ABŞ İranla razılaşma olmadan da məqsədinə çata bilər

Vaşinqton İranla nüvə sazişi əldə etmək cəhdlərindən imtina edə və məqsədlərinə razılaşma olmadan da nail ola bilər.

Gunaz.tv

Bu fikirləri ABŞ prezidenti Donald Tramp səsləndirib.

Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə danışan Tramp bildirib:

"Bilmirəm, razılaşma olacaq, ya yox. Ola bilsin ki, bunu razılaşma olmadan edək. Çünki, bilirsiniz, bu daha asandır."

Tramp İran rəhbərlərini "yalan danışmaqda" və "aldatmaqda" ittiham edib, danışıqlardan sonra öhdəliklərindən geri çəkildiklərini deyib.

"Bizim razılaşmamız çərçivəsində onlar heç vaxt nüvə silahı hazırlaya bilməyəcəklər. Amma bilmirəm, ümumiyyətlə razılaşma əldə olunacaqmı."

ABŞ prezidenti keçmiş prezident Barak Obamanın İranla imzaladığı nüvə sazişini də sərt tənqid edərək onu Yaxın Şərqdə "ən böyük faciələrdən biri" adlandırıb.

"Bizim razılaşmamız nüvə silahına gedən yolun qarşısında divardır. Onun razılaşması isə nüvə silahına aparan yol idi", – deyə Tramp bildirib.

Tramp həmçinin bildirib ki, İran son dörd onillik ərzində ABŞ hərbçilərinin ölümünə səbəb olub və Amerikanın qüvvələrinə qarşı yolkənarı partlayıcı qurğuların istifadəsinə görə keçmiş iranlı general Qasım Süleymanini məsul tutub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar