SON XƏBƏRLƏR

Tramp: Bu gecə İrana ağır zərbə endirəcəyik

2026.07.08, 21:19
Tramp: Bu gecə İrana ağır zərbə endirəcəyik

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ ordusu bu gecə yenidən İrandakı hədəflərə zərbə endirə bilər.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, ABŞ ordusu böyük ehtimalla bu gecə yenidən İrandakı hədəflərə hücum edəcək.

Tramp NATO liderlərinin sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl jurnalistlərə deyib: “Sadəcə bir xəbərdarlıq etmək istəyirəm: Bu gecə onlara ağır zərbə endirəcəyik.”

O, İranla danışıqların taleyi barədə də bildirib: “Bilmirəm razılıq əldə olunacaq, ya yox. Ola bilsin ki, ümumiyyətlə razılaşma olmadan hərəkət edək.”

ABŞ Prezidenti İran rəsmilərini tənqid edərək deyib: “Onlar hər gün razılaşmanı pozurlar. Yalan danışırlar, fırıldaq edirlər və insanları öldürürlər.”

Bu arada ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Prezidentin əmri veriləcəyi təqdirdə ABŞ ordusu çərşənbə gecəsi İranın dərinliyində yerləşən əlavə hədəflərə zərbələr endirəcək. Tramp isə bu açıqlamaya əlavə edərək deyib: “Bəlkə də İrana qarşı dəniz blokadasını yenidən bərpa edəcəyik.”

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar