SON XƏBƏRLƏR

İraq İrana bağlı qruplara dollar axınının qarşısını alacaq

2026.07.09, 01:49
İraq İrana bağlı qruplara dollar axınının qarşısını alacaq

Bağdad ABŞ-ın tələbini qəbul etdi.

Gunaz.tv

Bağdad ABŞ ilə razılaşaraq dolların İrana və Tehranın müttəfiqi olan silahlı qruplara ötürülməsinə nəzarəti gücləndirəcək.

Gunaz TV-nin məlumatına görə, The Wall Street Journal yazıb ki, İraq hökuməti ABŞ ilə əldə olunan razılaşma çərçivəsində Amerika dollarlarının İrana və Tehranın dəstəklədiyi silahlı qruplara ötürülməsinin qarşısını almaq üçün yeni nəzarət mexanizmlərini tətbiq etməyə razılaşıb.

Məlumata görə, Bağdad bunun müqabilində dörd aylıq fasilədən sonra ABŞ-ın İraqa dollar əskinaslarının göndərilməsini bərpa etməsinə nail olub.

ABŞ Maliyyə Nazirliyi fevral ayının sonunda, İranla müharibənin başlaması ilə eyni vaxtda, İraqa dollar əskinaslarının göndərilməsini dayandırmışdı. Bu qərar İraq hökumətinin Nyu-York Federal Ehtiyat Bankında saxlanılan neft gəlirlərinin bir hissəsinə çıxışını çətinləşdirmişdi.

Bu məlumat İranın keçmiş lideri Əli Xameneinin İraqda keçirilən dəfn mərasimi ilə eyni vaxta təsadüf edib. Mərasimdə İraqın yüksək vəzifəli rəsmiləri də iştirak ediblər.

Digər tərəfdən, İraq hökumətinin sözçüsü ötən həftə bildirib ki, İranın dəstəklədiyi şiə silahlı qruplarına silahlarını təhvil vermələri üçün cari ilin 30 sentyabr tarixinədək vaxt verilib.

İraqın baş naziri Əli əz-Zeydi yaxın günlərdə ABŞ-a səfər edəcək. Bu səfər Vaşinqtonun Bağdada İranın dəstəklədiyi silahlı qrupların tərksilah edilməsi ilə bağlı təzyiqləri artırdığı bir vaxta təsadüf edir.

 


Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar