SON XƏBƏRLƏR

Tramp İranın tanker hücumlarını terror aktı kimi qiymətləndirir – CBS

2026.07.10, 08:30
Tramp İranın tanker hücumlarını terror aktı kimi qiymətləndirir – CBS

ABŞ Prezidenti Donald Tramp bu həftə İranın Hörmüz boğazında üç kommersiya tankerinə qarşı həyata keçirdiyi hücumları terror aktı kimi qiymətləndirir.

Gunaz.tv

u barədə CBS News ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ötən ay ABŞ ilə İran arasında imzalanmış 60 günlük atəşkəs razılaşması tərəflərin öhdəlikləri yerinə yetirməsinə əsaslanırdı və İranın tanker hücumları "qəbuledilməz səviyyədə öhdəliklərin yerinə yetirilməməsi" kimi qiymətləndirilib.

Rəsmi əlavə edib ki, Prezident Trampın çərşənbə günü atəşkəsin onun üçün faktiki olaraq başa çatdığını bildirməsinə baxmayaraq, tərəflər arasında texniki danışıqlar davam edir. O, həmçinin ABŞ-ın İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyi ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar