SON XƏBƏRLƏR

Azərbaycan KİV: Azərbaycanın çağırışından sonra İsrail qondarma erməni soyqırımını tanımaq qərarını dondurub

2026.07.10, 11:55
Azərbaycan KİV: Azərbaycanın çağırışından sonra İsrail qondarma erməni soyqırımını tanımaq qərarını dondurub

Azərbaycanın çağırışından sonra İsrail qondarma erməni soyqırımını tanımaq qərarını dondurub.

Gunaz.tv

Bu barədə Azərbaycan kütləvi informasiya vasitələrində yayılan məlumatlarda qeyd olunub.

Bildirilir ki, rəsmi Bakı təşəbbüs hazırlanarkən məsələnin Azərbaycan üçün həssaslığının, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakterinin, eləcə də bunun Azərbaycan-İsrail strateji tərəfdaşlığına mümkün təsirlərinin kifayət qədər nəzərə alınmadığını hesab edib.

Məlumata əsasən, iyunun 29-da Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi mövqeyini İsrail tərəfinə çatdıraraq təşəbbüsə yenidən baxmağa çağırıb. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə bu addımın həm Türkiyə-İsrail münasibətlərinə, həm də Azərbaycanla əməkdaşlığa mənfi təsir göstərə biləcəyi barədə arqumentlər təqdim olunub.

Nəticədə təşəbbüsün irəlilədilməsi prosesi faktiki olaraq dayandırılıb və məsələnin İsrail hökuməti və parlamenti səviyyəsində müzakirəsi davam etdirilməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar