SON XƏBƏRLƏR

ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib

2026.07.11, 08:49
ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib

ABŞ hökumətinin İran elitasının maliyyəçisi olduğunu iddia etdiyi BƏƏ-də yaşayan maliyyəçi Əli Ənsariyə qarşı sanksiyalar tətbiq edilib.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Sənədə əsasən, yeni tədbirlər həmçinin valyuta mübadiləsi ilə məşğul olan üç İran şirkətinə, Honkonqdan və BƏƏ-dən olan bir firmalara da şamil edilir.

Məlumata görə qara siyahıya salınmış bütün qurumlar və şəxslər İran hökuməti tərəfindən qanunsuz maliyyə fəaliyyəti və ABŞ sanksiyalarından yayınma ilə məşğuldurlar.

Sözügedən valyuta mübadiləsi firmalarının sanksiya tətbiq edilən İran bankları adından bir sıra şirkətlər vasitəsilə ildə milyardlarla dollar dəyərində əməliyyatlar həyata keçirdiyi bildirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar