Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Əli Məsimli: "Böhran 3 il çəksə, ölkəmizə təsiri ötən illə müqayisədə daha çox olacaq" Ötən ildən başlayan qlobal iqtisadi böhranın təsiri dünya ölkələrində müxtəlif problemlər yaradıb. Bir sıra iri şirkətlərin bağlanması, yaxud aparılan ixtisarlar nəticəsində işsizliyin sürətlə artması, pul çatışmazlığı səbəbindən beynəlxalq banklar və kredit təşkilatlarında böhranın hökm sürməsi dünya ölkələrini ciddi düşünməyə məcbur edib. Ancaq bütün görülən antiböhran tədbirlərinə baxmayaraq, belə vəziyyətin 2011-ci ilə qədər davam edəcəyi proqnozlaşdırılır. Bəs qlobal maliyyə böhranının Azərbaycana təsiri nə dərəcədədir və onun aradan qaldırılması üçün hansı iqtisadi tədbirlərin görülməsinə ehtiyac var? Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Əli Məsimli deyir ki, ümümdünya maliyyə böhranı kifayət qədər geniş sistem xarakteri alıb. Rəvan Məmmədli Hazırda bu proses dünyanın müxtəlif ölkələrinə yayılır. Azərbaycan da bu və ya digər formada dünya intisadiyyatına inteqrasiyadadır. Belə halda dünya maliyə böhranı Azərbaycanın hansı sahələrinin dünya iqtisadiyyatına inteqrasiyası güclüdürsə, o sahələrdə güclü, orta inteqrasiyada orta, zəif sahələrdə zəif şəkildə təsir göstərəcək. Hazırda keçmiş SSRİ-yə daxil olan ölkələr sırasında böhran ən çox Rusiya Federasiyası, Ukrayna və Qazaxıstana təsir göstərib. Bu ardıcıllıq Baltikyanı ölkələr, Gürcüstan, Ermənistan və Tacikistan olmaqla sıralanır. Azərbaycan böhranın daha az təsir göstərdiyi ölkələr siyahısındadır. Bunlara baxmayaraq, bu, heçdə o demək deyil ki, dünya maliyyə böhranı Azərbaycana təsir göstərməycək: "Konkret olaraq bu böhran hansı sahələrdə qlobal inteqrasiya güclüdürsə, o sahələrə təsir göstərib". Əli Məsimli dedi ki, Azərbaycan dünya iqtisadiyyatına daha çox neftlə inteqrasiya olunub. Ölkənin xarici ticarətinin 97 faizindən çoxunu neft və neft məhsulları təşkil edir. Dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsi təbii ki, Azərbaycan iqisadiyyatına təsir göstərib. Ona görə ki, Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) 60 faizindən çoxu neft amilinin üzərində qurulub. Bu səbəbdən demək olar ki, neftin qiymətinin 4 dəfə aşağı düşməsi ÜDM-in tempinin və sənaye istehsalının aşağı düşməsinə təsir göstərib. Maliyyə böhranının təsiri təkcə bununla kifayətlənmir, eyni zamanda, daşınmaz əmlak bazarında da qeydə alınıb. Azərbaycanda neftlə paralel olaraq tikinti bumu da baş vermişdi ki, bu sahəyə də, əmək bazarına da təsirsiz ötüşməyib. Bir sıra məhsulların qiymətindəki enmələr özünü az göstərsə də, bir müdətdən sonra həmin qiymətlərin başqa ölkələrdə olduğu kimi daha da aşağı düşmə ehtimalı var. İqtisadi siyasət daimi komissiyasının üzvü bildirdi ki, ümumilikdə maliyyə böhranı özünü iqtisadi fəallığın aşağı düşməsində göstərir. Buna baxmayaraq, başqa ölkələrlə müqayisədə Azərbaycan maliyyə böhranının birinci mərhələsinə daha çox duruş gətirə bilən ölkələr sırasındadır. Amma böhran Ümümdunya İqtisadi Forumunda deyildiyi kimi 3 il çəksə, onda Azərbaycana təsiri ötən illə müqayisədə daha çox olacaq. 2010-2011-ci ildə isə inkişaf tempinin aşağı düşməsi ilə nəticələnəcək. Onun sözlərinə görə, əgər neftin qiyməti dünya bazarında 40 dollardan aşağı düşsə, bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək. Neftin qimyəti 40 dollar civarında qalsa, buna büdcə də, iqtisadiyyat da duruş gətirəcək. Amma 40 dollardan aşağı səviyədə olsa, bir sıra ciddi iqisadi problemlər yarana bilər. Digər tərəfdən, ölkədə manatın kursu həddindən artıq aşağı düşsə, yaxud həddindən artıq qalxsa, bu da Azərbaycan iqisadiyyatına ciddi mənfi təsir göstərəcək. İndiki kimi hökumət nümayəndələri "Azərbaycanda böhran yoxdur" deyə arxayınçılıqla fəaliyyətini davam etdirsə, hökumətin hesabatı zamanı prezidentin irəli sürdüyü antiböhran tədbirlərinin həyata keçirilməsini əlaqədar təşkilatlar gecikdirsələr, əsası olmayan panika yaradılsa, Azərbaycanın iqtisadiyyatına böhran ciddi təsir göstərəcək. Bəs maliyyə böhranının Azərbaycana təsirin minimuma endirilməsi məqsədilə hansı tədbirlərin görülməsinə ehtiyac duyulur? Əli Məsimli nəzərə çatdırdı ki, hökumət antiböhran tədbirləri hazırlayıb. Bu tədbirlər sürətlə hyata keçirilməlidir. Vergi sistamində dəyişiklik edilərək ölkədə iqtisadi fəallığı artırmaq məqsədilə bir sıra tədbirlər görülməlidir. Bu tədbirlər mənfəət vergisi, əlavə dəyər vergisinin azaldılması istiqamətində işlərdən ibarət olmalıdır. Manatın kursunun nisbi sabitliyini saxlamaq şərtilə, rəqabət qabiliyyətinə xələl gətirməməklə daha çox ticarət əlaqəsində olduğumuz partnyorların valyutalarında gedən tendensiyalara uyğun surətdə manatın da kursunun tənzimlənməsi siyasətinə keçilməlidir. Eyni zamanda, neftdən kənar sahələrin sistemli şəkildə inkişafı üçün iqtisadliyyatın diverfikasiyası, modernizasiyası və yeni texnika və texnologiyaların tətbiqi prosesi sürətlənməlidir. Bununla yanaşı, insan kapitalına diqqət artırılmalıdır. Təcrübə göstərir ki, bütün sahələrdə normal düşünə bilən mütəxəssislərin önə çəkilməsi ilə inkişafa nail olmaq mümkündür: "İqtisadiyyatın da potensiallı mütəxəssislərin üzərində qurulmasına ehtiyac var. Cənub-Şərqi Asiya ölkələrinin "Əjdaha təcrübəsi"ndən yaralanaraq kənd təsərrüfatı, onunla bağlı sahələrə, kurort-turizm sahəsinə diqqət yetirmək, sərbəst iqtisadi zonaların inkişafı istiqamətində ciddi işlər görmək lazımdır". O da məlumdur ki, iri şirkətlərin fəaliyyətinin davamlılığını təmin etmək məqsədilə dövlət tərəfindən həmin şirkətlərə maliyyə dəstəyinin verilməsi böhrandan çıxış yollarından biri kimi göstərilir. Azərbaycanda belə bir addımın atılması məşğulluq probleminə nə dərəcədə təsir göstərə bilər? İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü xatırlatdı ki, dünya ölkələrində maliyyə böhranının aradan qaldırılması məqsədilə trilyonarla dollar vəsait ayrılıb. Ancaq bu hələlik yalnız böhranı səngidə bilib, böhranı yaradan əsas səbəbləri aradan qaldıra bilməyib. İri şirkətlərə dövlətin müəyyən vəsait ayırlması müalicə məqsədilə atılan ilkin addımlardan biridir: "Belə bir addım lazımdır, ancaq bütövlükdə problemlərin həlli üçün kifayət deyil. Ona görə də böhranı aradan qaldırmaq üçün sistemli şəkildə islahatlar həyata keçirilməlidir. Əgər biz böhranın Azərbaycana təsirin səngitmək, bu böhrandan az itgi ilə çıxmaq istəyiriksə, mütləq Azərbaycan prezidentinin 2008-ci ilin yekunlarıyla bağlı keçirdiyi müşavirədə irəli sürdüyü antiböhran proqramının tezislərini sürətlə həyata keçirməyliyik. İslahatların yeni mərhələsinə keçmək lazımdır". Dünya maliyyə böhranının təsiri nəticəsində Azərbaycanda işsizliyin artması, pul kütləsinin azalması nə dərəcədə gözləniləndir? Əli Məsimli hesab edir ki, elə sahələr var, orada mütləq ixtisarlar olacaq, çünki bunun qarşısını tam almaq mümkün deyil. Yalnız bunu kompensasiya etmək mümkündür ki, o da regionlarda kiçik və orta biznesin inkişaf etdirməsindən keçir. Pul çatışmazlığı məsələsi isə Azərbaycanda daha çox texniki xarakter daşıyır. Ayrı-ayrı strukturların təşvişə düşüb, problemləri aradan qaldırmaq istiqamətində nəzərdə tutulan addımları gecikdirməsi qətiyyən başa düşülən deyil: "Buna baxmayaraq, Azərbaycanda güclü pul çatışmazlığı məsələsi yoxdur".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi