SON XƏBƏRLƏR

Oman İran səfirini XİN-ə çağırdı

2026.07.12, 14:01
Oman İran səfirini XİN-ə çağırdı

Oman Xarici İşlər Nazirliyi İranın ötən gecə həyata keçirdiyi hücumlardan sonra İran səfirini nazirliyə çağırıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Oman Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda bildirib ki, nazirliyin inzibati və maliyyə işləri üzrə müavini Musa Fəridun, İranın Omandakı səfirini nazirliyə çağıraraq Müsəndəm və Əl-Batina vilayətlərində PUA hücumları ilə bağlı etiraz notasını ona təqdim edib.

Bəyanatda Oman bu hücumları “məsuliyyətsiz” adlandırıb və dövlətlərin suverenliyi, xoş qonşuluq prinsipi, daxili işlərə qarışmamaq, eləcə də iki qonşu ölkə və xalqı bir-birinə bağlayan əxlaqi dəyərlərə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Oman Fars körfəzi ölkələri arasında bazar günü sübh saatlarında SEPAH-ın hücumlarına məruz qalan ölkələrdən biri olub. Oman hakimiyyəti bundan əvvəl də bu hücumları pisləmişdi.

SEPAH isə son 24 saat ərzində Hörmüz boğazında iki gəmini hədəfə aldığını bildirib.

 


Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar