SON XƏBƏRLƏR

Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb

2026.07.13, 11:09
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb

Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.

Gunaz.tv

Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.

“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Hə, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları xətti ilə fəal əlaqələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, hər şey normal inkişaf edir və biz bundan məmnunuq. Rusiya ilə Azərbaycan arasında münasibətlər həm ikitərəfli əməkdaşlıq, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər həm ənənəvi əməkdaşlıq sahələrini, həm də gələcəkdə yarana biləcək yeni istiqamətləri əhatə edir. Burada nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ticarət və humanitar əməkdaşlıq da vacib istiqamətlərdəndir”, - dövlət başçısı qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar