SON XƏBƏRLƏR

Tayani: İranın İtaliya rəhbərlərinə qarşı təhdidləri qəbuledilməzdir

2026.07.13, 14:45
Tayani: İranın İtaliya rəhbərlərinə qarşı təhdidləri qəbuledilməzdir

İtaliyanın xarici işlər naziri Antonio Tayani İranın İtaliya rəhbərlərinə qarşı səsləndirdiyi təhdidlərin qəbuledilməz olduğunu bildirib.

Gunaz.tv

“Bu, qəbuledilməzdir. İtaliya İranla müharibə aparmır. Buna görə də İtaliyaya qarşı bu təhdidləri başa düşmürük”, – deyə Tayani Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib.

Şənbə günü Tehran bələdiyyəsinə bağlı Hamşəhri qəzeti İtaliyanın Baş naziri Corcia Meloni də daxil olmaqla 13 dünya liderinin fotosunu dərc edərək onların İslam Respublikasının "qisas siyahısı"nda olduqlarını iddia etmişdi.

Tayani bildirib ki, İtaliya demokratiyanı, sülhü və dəniz naviqasiyası azadlığını dəstəkləyir. O, Hörmüz boğazının bağlanmasına yönəlmiş istənilən cəhdi ciddi səhv kimi qiymətləndirib.

“Dəniz naviqasiyası azadlığı bizim üçün həyati əhəmiyyət daşıyır. Bu məsələdə biz İranın deyil, ABŞ-ın mövqeyini dəstəkləyirik”, – deyə İtaliya XİN rəhbəri vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar