SON XƏBƏRLƏR

Pezeşkian İran-Rusiya razılaşmalarının daha sürətlə həyata keçirilməsinə çağırıb

2026.07.13, 20:59
Pezeşkian İran-Rusiya razılaşmalarının daha sürətlə həyata keçirilməsinə çağırıb

İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüşündə Tehranın Moskva ilə birgə layihələrin icrasını ləngidən maneələri aradan qaldırmağa hazır olduğunu bildirib və iki ölkə arasında strateji razılaşmaların danışıqlar mərhələsindən icra mərhələsinə daha sürətlə keçməsinin vacibliyini vurğulayıb.

Gunaz.tv

Bazar ertəsi keçirilən görüşdə Pezeşkian enerji, neft, qaz, neft-kimya, sənaye, ticarət və tranzit dəhlizləri sahələrində əməkdaşlığın əhəmiyyətini önə çəkib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin nümayiş etdirdiyi siyasi iradə fonunda birgə layihələrin həyata keçirilməsi ləngiməməlidir.

Pezeşkian həmçinin BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Xəzəryanı dövlətlər arasında əməkdaşlıq mexanizmləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlara diqqət çəkib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar