SON XƏBƏRLƏR

Tehran Türkiyənin “İran–İsrail” müqayisəsinə qəzəbləndi

2026.07.13, 18:59
Tehran Türkiyənin “İran–İsrail” müqayisəsinə qəzəbləndi

Hakan Fidanın açıqlamaları qalmaqal yaratdı; Tehran və Ankara proksi qüvvələr məsələsi üzərindən söz savaşı yaşayır.

Gunaz.tv

Gunaz TV xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlamalarına reaksiya verərək, Ankaradan İranın regional siyasətinin İsrailin addımları ilə müqayisə olunmasına dair izahat istəyib.

Hakan Fidan cümə günü BƏƏ-nin “The National” nəşrinə müsahibəsində bildirib: “İran uzun müddətdir digər ölkələrdəki proksi qüvvələrinin mövcudluğunu qabaqlayıcı təhlükəsizlik siyasətinin bir hissəsi kimi təqdim edir. Bu, eynilə israillilərin təhlükəsizlik bəhanəsi ilə bəzi əraziləri işğal altında saxlamalarını əsaslandırmasına bənzəyir.”

Bu açıqlamalar İran rəsmilərinin etirazı ilə qarşılanıb. İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında bu fikirləri “təəccüb doğuran” adlandıraraq deyib: “Bizim üçün sual doğurur və türkiyəli dostlarımız izah etməlidirlər ki, bu qəribə müqayisəyə necə gəlib çıxıblar.”

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin Türkiyə rəsmilərini “təhlillərini mövcud reallıqlara uyğunlaşdırmağa” çağırıb.

Bu reaksiya Tehran və Ankara arasında münasibətlərin davam etdiyi bir vaxtda səslənib. Türkiyə ABŞ və İsrailin İrana son hücumlarından sonra gərginliyin azaldılması və atəşkəsin əldə olunması istiqamətində vasitəçilik etməyə çalışan ölkələrdən biri olub.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar