SON XƏBƏRLƏR

İsrailli hərbçi İrana casusluq etdiyi üçün 5 il həbs cəzası alıb

2026.07.15, 12:19
İsrailli hərbçi İrana casusluq etdiyi üçün 5 il həbs cəzası alıb

İsraildə hərbi xidmət keçən bir əsgər İranın xeyrinə casusluq fəaliyyəti göstərdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə The Times of Israel nəşri İsrail ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, hərbi məhkəmə onu xarici dövlətin agenti ilə əlaqə saxlamaqda və düşmənə fayda verə biləcək məlumatlar ötürməkdə təqsirli bilib. İstintaq İsrail Hərbi Polisi, İsrail Polisi və Şin Bet təhlükəsizlik xidməti tərəfindən birgə aparılıb.

İsrail ordusunun məlumatına əsasən, hərbçi ilk dəfə 2025-ci ildə Telegram vasitəsilə ödənişli iş təklif edən bir neçə şəxslə əlaqə saxlayıb. Onlardan birinin sonradan İran kəşfiyyatı ilə əlaqəli şəxs olduğu müəyyən edilib və o, foto və video çəkilişləri qarşılığında hərbçiyə pul təklif edib.

İstintaqın məlumatına görə, hərbçi 2025-ci ilin iyununda İranla müharibə zamanı mülki ərazilərdən çəkilmiş raketlərin havada vurulmasını əks etdirən iki videonu həmin şəxsə göndərib və onlardan birinə görə ödəniş alıb. O, həmçinin internetdə açıq şəkildə yayımlanmış bir neçə videonu, o cümlədən raket zərbəsinin görüntülərini də qarşı tərəfə ötürüb.

İsrail ordusunun bildirdiyinə görə, hərbçi sonradan yazışmalardan narahat olduğu üçün İran tərəfi ilə əlaqəni kəsib. Daha sonra o, baş verənlər barədə xidmət etdiyi bölmənin üzvlərindən birinə məlumat verib və ertəsi gün Şin Bet tərəfindən saxlanılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar