"Bu gecə onlara çox ağır zərbələr endirəcəyik. Sabah gecə də güclü zərbələr olacaq. Ondan sonrakı gecə isə onları daha da sərt vuracağıq", – deyə Tramp bildirib.
"Gələn həftə onlar üçün vəziyyət həqiqətən ağırlaşacaq. Çünki növbə elektrik stansiyalarına çatacaq. Sonra körpülər hədəf olacaq. Əgər danışıqlar masasına qayıtmasalar, bütün elektrik stansiyalarını və bütün körpülərini sıradan çıxaracağıq", – deyə o əlavə edib.
Tramp bildirib ki, ABŞ nümayəndələri yaxın vaxtlarda İran nümayəndələri ilə danışıqlar aparıblar, lakin Tehran dəfələrlə əldə olunan razılaşmaları pozub.
"Onlar razılaşmaq istəyirlər. Amma hər dəfə razılıq əldə olunanda onu pozurlar", – deyə Tramp bildirib.
"Yaxşısı budur, razılığa gəlin. Yoxsa sizdən heç kim qalmayacaq", – deyən Tramp əlavə edib ki, ABŞ mülki əhaliyə zərər verməmək üçün ehtiyatla hərəkət edir.
ABŞ prezidenti həmçinin bildirib ki, İranın hərbi imkanları ciddi şəkildə zəiflədilib, lakin ölkə hələ də müəyyən müqavimət göstərmək qabiliyyətini qoruyub saxlayır.
"Onlarda hələ bir qədər döyüşmək gücü qalıb, amma çox deyil", – deyə o bildirib.
Tramp əlavə edib ki, ABŞ Tehran yaxınlığında yeni fəaliyyətin müşahidə edildiyi bildirilən nüvə obyektini də qısa müddətdə hədəfə ala bilər.
"Biz həmin obyekti çox asanlıqla vura bilərik. Bunun üçün cəmi bir neçə dəqiqə lazımdır və çox ciddi ziyan vura bilərik", – deyə Tramp bildirib.
C