SON XƏBƏRLƏR

Tramp: Bizim yerimizə quru əməliyyatı həyata keçirəcək başqa qüvvələr var

2026.07.15, 15:07
Tramp: Bizim yerimizə quru əməliyyatı həyata keçirəcək başqa qüvvələr var

ABŞ Prezidenti Donald Tramp İran ərazisində mümkün quru əməliyyatı ilə bağlı suala birbaşa cavab verməyərək, bu variantı tam istisna etmədiyini bildirib.

Gunaz.tv

Fox News telekanalının ABŞ-ın məhdud quru əməliyyatını istisna edib-etmədiyi barədə sualına cavab olaraq Tramp deyib:

"Bunu da demək istəmirəm, amma yox deyərdim. Bəzən quru əməliyyatına ehtiyac olur. Ancaq bizim yerimizə bunu həyata keçirəcək başqa qüvvələr var."

Tramp həmçinin bildirib ki, ABŞ qüvvələri İranın Xark adasına artıq üç dəfə zərbə endirib, lakin adadakı neft obyektlərini qəsdən hədəfə almayıb.

"Mən dedim ki, neftdən başqa hər şeyi vurun. O kiçik ərazini saxlayın. Neftə toxunmayın, çünki bunun dünya iqtisadiyyatına təsir etməsini istəmirəm", – deyə Tramp bildirib.

ABŞ-ın Xark adasını ələ keçirə biləcəyi ilə bağlı suala cavabında isə Tramp belə deyib:

"Əgər onları kifayət qədər zəiflədib geri çəkilməyə məcbur etsək, bunu edərəm."

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar