SON XƏBƏRLƏR

İran ticarət qayıqlarının Dubaya giriş haqqı 8 dəfədən çox artıb

2026.07.16, 12:19
İran ticarət qayıqlarının Dubaya giriş haqqı 8 dəfədən çox artıb

İranla müharibənin başlamasından sonra İranın ticarət qayıqlarının Dubaya giriş haqqı kəskin artıb.

Gunaz.tv

Bu barədə "Civil Protest of the Bazaar" adlı "Telegram" kanalı dəniz ticarəti ilə məşğul olan şəxslərə istinadən məlumat yayıb.

Məlumata görə, müharibədən əvvəl hər gəmi üçün təxminən 1 000 BƏƏ dirhəmi (təxminən 270 ABŞ dolları) olan giriş haqqı hazırda 8 700 dirhəmə (təxminən 2 370 ABŞ dolları) yüksəlib.

Tacirlər bildiriblər ki, daşınma və idxal xərclərinin artması malların son satış qiymətinə təsir göstərərək istehlak məhsullarının bahalaşmasına səbəb olur.

Ənənəvi taxtadan olan ticarət qayıqları İranın güney sahil bölgələrində yaşayan əhali üçün əsas dolanışıq mənbələrindən biridir. Bu qayıqlar vasitəsilə həyata keçirilən kiçikmiqyaslı dəniz ticarəti məşğulluğu dəstəkləyir və istehlak mallarının bazarlara sürətlə çatdırılmasına imkan yaradır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar