SON XƏBƏRLƏR

Siyasi baxışlarından aslı olmayaraq Milli Məclisdəki həmkarlarımın hamısı Mehriban xanımın parlamentə təqdim etdiyi qərar layihəsini yekdil şəkildə dəstəkləyəcək

2021.10.20, 07:36
Siyasi baxışlarından aslı olmayaraq Milli Məclisdəki həmkarlarımın hamısı Mehriban xanımın parlamentə təqdim etdiyi qərar layihəsini yekdil şəkildə dəstəkləyəcək

Gunaz.tv
Siyasi baxışlarından aslı olmayaraq Milli Məclisdəki həmkarlarımın hamısı Mehriban xanımın parlamentə təqdim etdiyi qərar layihəsini yekdil şəkildə dəstəkləyəcək 2009-03-13_12476.jpg “Bu günlərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təklifi ilə parlamentə, müxtəlif qruplara daxil olan bir sıra məhkumlara amnistiya aktının tətbiq olunmasıilə bağlı müraciət daxil olmuşdur. Sözügedən müraciətə 11 mart tarixdə Hüquq Siyasəti və dövlət qruculuğu məsələləri daimi komissiyasında baxılmış və yekdilliklə dəstəklənmişdir. Qərar layihəsi Milli Məclisin plenar iclasına təqdim olunmuşdur. İctimayyətə də məlum olduğu kimi, amnistiya aktına düşmüş 9 min şəxslərin 1700 tam azadlığa buraxılacaq. Bu rəy bildirilərkən amnistiya aktına düşmüş şəxslərin hər birinin həm cinayətlərinin xarakteri, həm də ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmışdır” bu sözləri PressPosta Milli Məclisin üzvü Nizami İsgəndərov M.Əliyevanın amnistiya aktıyla bağli təsəbüsünə sərh verərkən deyib. Millət vəkili Mehriban xanımın xalqımızın tarixi adət ənənələrini ehtiramla xatırladıqını, Novruz bayramı ərəfəsində də belə bir təklifinin Milli Məclisə daxil olmasıninda hər bir azərbaycan vətəndaşının ürəyincə olduğunu söylədi. “Artıq hamıya bəllidir ki, Ulu öndərimizin adını daşıyan Fond ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi məfkurəsinə sadiq qalaraq, dövlətimiz və millətimiz üçün bir çox layihələr həyata keçirmişdir. Amnistiya ilə bağlı Milli Məclisə təqdim olunan təklifdə bu qəbilədəndir. Bu baxımdan bir millət vəkli, bir vətəndaş kimi Mehriban xanımın təklifini yüksək qiymətləndirir və alqışlayıram. Güman edirəm ki, siyasi baxışlarından aslı olmayaraq Milli Məclisdəki həmkarlarımın hamısı Mehriban xanımın parlamentə təqdim etdiyi qərar layihəsini yekdil şəkildə dəstəkləməklə, bu qismdən olan ailələrə “Novruz” töhvəsi bəxş edəcəklər. ümüdvaram ki, Amnistiya aktı nəticəsində cəzalarını vaxtından əvvəl başa vurub,bayram ərəfəsində ailələrinə qovuşan həmin insanlar da onlara olan etimadı doğruldacaqlar”. PressPost- Lalə Küsəvari

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar