SON XƏBƏRLƏR

Məxfi sənəd: İran infrastruktura dəyən zərərin işıqlandırılmasını məhdudlaşdırır

2026.07.18, 07:25
Məxfi sənəd: İran infrastruktura dəyən zərərin işıqlandırılmasını məhdudlaşdırır

İran Ali Milli Təhlükəsizlik Şurasının məxfi göstərişində media orqanları infrastrukturun zədələnməsi ilə bağlı xəbərləri məhdud şəkildə yayımlamağa çağırılıb.

Gunaz.tv

Sənəd ABŞ-la atəşkəsin pozulmasından və İranın cənubunda, eləcə də Hörmüz boğazında döyüşlərin yenidən başlamasından bir həftə sonra hazırlanıb.

Göstərişdə mülki obyektlərə və infrastruktura hücumları işıqlandıran media qurumlarından "mühüm məlumatların dərc edilməsindən çəkinmək", ictimaiyyətdə "qorxu və təşviş yaratmamaq", dağıntıların miqyası və onların dövlət xidmətlərinə təsiri barədə məlumatları açıqlamamaq tələb olunur.

Şura bildirib ki, bu cür məlumatlar "düşmən tərəfindən hücumların effektivliyini qiymətləndirmək üçün istifadə oluna bilər."

Sənədə əsasən, media zərər görmüş hər hansı obyekt və ya qurumla bağlı məlumatları yalnız həmin ərazi üzrə məsul olan ən yüksək vəzifəli əyalət rəsmisindən almalıdır.

Həmçinin media qurumlarına dövlət xidmətlərində yaranan problemləri ziyanın miqyasını göstərmək əvəzinə "məsələ araşdırılır və həll olunur" kimi ifadələrlə təqdim etmək tapşırılıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar