SON XƏBƏRLƏR

İranda daha iki etirazçı edam edildi

2026.07.20, 08:19
İranda daha iki etirazçı edam edildi

Cari ilin yanvar ayında keçirilən rejim əleyhinə kütləvi nümayişlərdə iştirak edən iki gənc İsfahan həbsxanasında edam olunub.

Gunaz.tv

Bu haqda İran məhkəməsinin "Mizan"  saytı məlumat yayıb.

Edam edilən şəxslər 19 yaşlı İrfan İsfəndiyari və 23 yaşlı Gül Məhəmməd Məhəmmədidir.

"Onlar odlu silah, soyuq silah və yandırıcı maddələrdən istifadə edərək hüquq-mühafizə orqanlarına hücum"da günahlandırılıblar.

Məhkəmə hakimiyyəti həmçinin iddia edib ki, bu işdə təqsirləndirilən şəxslər hüquq-mühafizə orqanlarına hücum etdikdən sonra qurbanların cəsədlərini yandırmaq və şikəst etmək də daxil olmaqla zorakılıq hərəkətləri törədiblər və bu səhnələri lentə alıblar.

Məhkumların ailələri və insan haqları təşkilatları edam olunan şəxslər barəsində irəli sürülən ittihamların əsassız olduğunu bildiriblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar