SON XƏBƏRLƏR

İranlı deputat ərəb liderlərini təhqir edib - Müsəlman deyillər

2026.07.20, 11:59
İranlı deputat ərəb liderlərini təhqir edib - Müsəlman deyillər

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əmir Həyat-Müqəddəm bəzi ərəb ölkələrinin liderlərinin özlərini müsəlman kimi təqdim etsələr də, əslində müsəlman olmadıqlarını iddia edib.

Gunaz.tv

ILNA agentliyinə danışan deputat bildirib: "Bəzi ərəb liderləri özlərini müsəlman adlandırırlar, amma əslində belə deyillər. Onlar yalnız hakimiyyətlərini qorumaq üçün namaz qılırmış kimi davranırlar."

 

O, ərəb xalqlarının gələcəkdə həmin liderləri hakimiyyətdən uzaqlaşdıracağına ümid etdiyini bildirib.

Deputat həmçinin xəbərdarlıq edib ki, əgər Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İordaniya, Qətər və ya Səudiyyə Ərəbistanı ərazisindən İrana qarşı hücumlar həyata keçirilərsə, Tehran həmin ölkələrə cavab zərbələri endirəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar