Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Dilqəm Əhməd Baki Strateji Arashdirmalar Merkezi ucun Böyük Bulqar dövləti parçalandıqdan sonra 463-cü ildə bulqarların bir qismi İdil (Volqa) çayı sahilində məskunlaşır. Buradakı bulqarların əsas hissəsini otuz-oğurlar təşkil etsə də, onların tərkibinə xəzərlər, sabarlar, uzlar və hunların qalıqları da daxil idi. Əvvəllər qrup halında yaşayan bulqarlarda hər qrupun bir hökmdarı olurdu, lakin IX əsrdən bulqarlar bir dövlət ətrafında birləşməyə başladılar. Bu qruplar bunlardır : Bulqar, Suvar, Barzula, İskil. Bulqar dövləti 965-ci ilədək Xəzər xaqanlığından asılı vəziyyətə idi və vergi verirdi. Xəzər xaqanlığının devrilməsindən sonra müstəqilləşən bulqarlar 985-ci ildə Kiyev-Rus dövlətinin hücumuna məruz qalır, lakin ruslar tezliklə ərazini tərk edirlər. 1006-cı ildə bulqarlarla ruslar arasında ticarət müqaviləsi imzalanır. Rusların bulqarlara qarşı mənfi münasibətinə baxmayaraq 1024-cü ildə Suzdal knyazlığında aclıq baş verərkən bulqarlar ruslara yardım göstərirlər. Yeri gəlmişkən qeyd edək ki, bulqarlar bərəkətli torpaqlarda məskunlaşdıqlarından oturaq həyat tərzi sürürdülər, əkinçilik ( ağ darı, buğda və arpa əkirdilər ), heyvandarlıq, zərgərlik, dəriçilik və kürkçülüklə məşğul olurdular. Xəzər və Aral dənizləri ətrafı, Xarəzm, İran, Misir, Türküstan və hətta Şimal Buzlu okean əraziləri ilə ticarət edirdilər. Ticarətlərinin əsasını müxtəlif kürk və dəri, silahlar, bal və fındıq təşkil edirdi. “Bulqari” adlanan dəri və çəkmələr daha çox məşhur idi. Bulqarların kürk istehsalı bu ticarətlə məşğul olan digər xalq olan ruslarla münaqişələrə səbəb olurdu. Məhz bu səbəbdən XI-XIII əsrlərdə ruslarla savaşlar aparılır. İtil-Bulqar şəhərləri bunlardır: Suvar, Osal, Tetiş, Cuke-tav, Züye, Kaşan, Kermencük, Kazan. Paytaxt Bulqar şəhəri IX-XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzlərindən idi. Bu mərkəz indiki Kazan şəhərindən 115 km cənubda yerləşirdi. Şəhərin ən məşhur sarayları “Ağ saray” və “Qara saray” adlanan tikililərdir. İdil-bulqarları qərbdə burtaslarla və ruslarla, şərqdə başqurdlarla həmsərhəd olublar. İdil çayının adının Hun xaqanı Atillanın ismindən götürüldüyü qeyd olunur. Bulqarların nəsli hesab edilən çuvaşlar “Adıl” adlandırırlar. Digər türk xalqları tərəfindən Atil, Etil, İtil və İdil kimi tələffüz olunur. Valday yaylasından başlayan İdil çayı Şupaşkar, Qorki, Kazan, Kuybişev, Volqoqrad və Astarxandan keçərək Xəzər dənizinə tökülür. İdil suyu axar durur Qaya dibini oyar durur Bütün balıqlar baxa durur Gölü bilə daşırırlar. ( “Divani-lüğət it-türk”dən) Volqa bulqarları haqqında əsas məlumatları İbn Fədlan “Səfərnamə” əsərində veribdir. “Səfərnamə”də qeyd edilir ki, Bulqar xanı Şelkey oğlu Almış islami bilgilər əldə etmək üçün xəzər türklərindən Baştonun rəhbərliyi ilə xəlifə əl-Müqtədirə elçi göndərir.(920) 922-ci ilin mayın 12-də İbn Fədlanın başçılığı ilə Xilafətdən islam alimlər və inşaatçılar Bulqar şəhərinə ayaq basırlar. Saraydakı görüşdə Almış xan xəlifənin şərəfinə 3 dəfə bal şərabı içir. Fədlan Almış xanın islama səmimiyyətlə inandığını və onun “Allahım, bulqar xanı Yaltavarı islah et” duasını etdiyini qeyd edir. İslamdan əvvəlki bir sıra adətlər saxlanılsa da, yeni dinin ritualları ciddi şəkildə yerinə yetirilirdi. Hətta sübh namazını vaxtında qılmaq üçün gecələr oyaq qalınırdı. İbn Fədlan bu səyahəti əsnasına bulqarlarla yanaşı oğuzlar, xəzərlər, başqurdlar, slavlar haqqında dəyərli məlumatlar verir. Özünə Cəfər adını götürən Almış 944-də oğlu Əhmədi həccə göndərir və eyni zamanda xəlifəyə dəyərli hədiyyələr və bayraq ərmağan edir. Beləliklə, İdil-Bulqar dövləti islamı dövlət dini edən ilk türk dövləti olur. Almış xan isə İslamı qəbul edən ilk türk hökmdarlarından biri kimi tarixə keçir. Xanlıqda eltəbər, buyruq, tudun kimi vəzifələr mövcud olubdur. Almış Cəfər xandan sonrakı bulqar başçılar bunlardır : “ Mikayıl, Talib ibn Əhməd, Mömin ibn Əhməd, Mömin ibn Əl-Həsən. Bulqar türklərində din-İstər Tuna, istərsə də, İdil bulqarlarında yeni dinin qəbulundan əvvəlki dinləri eyni idi. Bulqar totemizmində əsas yeri qartal və qurd tuturdu. Madara qəsəbəsindən tapılmış yazılarda Tanqra sözü bulqarların tenqri inancından xəbər verir. Bulqarlar Tanqranı səmavi hesab edirdilər və başqa xalqlar kimi Tanqranın insan olduğunu düşünmür, eyni zamanda hökmdarı Tanrı kimi səciyyələndirmirdilər. Xan sadəcə olaraq onların üzərində hakim olması üçün seçildiyindən digər insanlardan fərqləndirilirdi. Çünki xanın da hakimiyyətinin fani olduğunu, bir gün öləcəyini və öldükdən sonra onun yerinə başqasının gələcəyini bilirdilər. Madara qəsəbəsindəki yunanca olan yazının birində “Tanrı tərəfindən göndərilən, Tanrıya bənzər Balamir xan” ifadəsi qeyd olunubdur. Arxeoloq Geza Feher tərəfindən Presiyan xana aid Filippedə tapılmış yazılı kitabədə deyilir : “ Bir kimsə həqiqəti axtararsa, Tanrı onu görər. Bir kimsə yalan söylərsə, Tanrı onu görür. Bulqar türkləri xristianlara çox yaxşılıq etdilər. Xristianlar bunları unutdular. Fəqət Tanrı görür”. 1224-də monqollar Kalka savaşında rusları məğlub etdikdən sonra bulqarların tələsinə düşərək məğlub olurlar. 1236-da Batı xan bu məğlubiyyətin əvəzini çıxaraq bulqarları darmadağın edir. Əmir Teymurun 1391-1395-ci illərdə Qızıl Orduya qarşı apardığı savaşlarda bulqarlar da məğlub edilirlər. 1399-da bulqarlar ruslara yenildikdən sonra Kama çayının şimalına köçərək Kazan çayı ətrafında məskunlaşırlar. 1437-ci ildə yaradılan Kazan xanlığının əsasını da məhz həmin bulqar türkləri təşkil edir. Bir-birini əvəzləyən dağıdıcı yürüşlərə tab gətirməyən Bulqar dövləti 1552-1584-cü illərdə çar Rusiyasının hücumlarına məruz qalır və şəhərləri darmadağın edilərək varlığına son qoyulur. Beləliklə, yeddi əsr müddətində öz mövcudluğunu qoruyub saxlayan bulqar dövləti rusların dağıdıcı yürüşlərindən sonra süqut edir və Çar Rusiyasının hakimiyyəti altına düşür. Lakin Tuna bulqarlarından fərqli olaraq onlar öz milliliklərini bu günədək qoruyub saxlaya bilirlər. 1904-cü ildə çap edilmiş S. N. Yujakovun ensiklopediyasında Çar Rusiyası dönəmində Rusiya ərazisində 1.300.000 Kazan tatarlarının, yəni bulqarların yaşadığı qeyd edilir. 1920-ci ildə Bulqar adı dəyişdirilərək Tatarıstan, bulqar dili isə tatar dili ilə əvəz olunur. 1929-cu ildə Stalin rejimi bulqarların ərəb əlifbasından istifadəsini və IX əsrdən XX əsrədək olan bütün bulqar ədəbiyyatını qadağan edir. 1920-ci ildə Tatar kommunistləri Mirsultan Qaliyev ilə Q.İbrahimovun cəhdləri nəticəsində “Tataristan cumhuriyyəti” yaradılır. SSRİ dönəmində bütün bulqar partiyaları, yayım mərkəzləri, qəzet və jurnalları, bayramları, tarixi, ədəbiyyatı qadağan edilir. 1923-cü ildə Volqa Müsəlman Bulqar Məclisi ləğv olunur və məclisin binası ilə kitabxanası əllərindən alınır. Yerli oğuz dili qadağan edilərək rus və qıpçaq dilləri rəsmiləşdirilir.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi