SON XƏBƏRLƏR

İran: Müharibə “tam çəkindiricilik” əldə olunana qədər davam edəcək

2026.07.20, 16:49
İran: Müharibə “tam çəkindiricilik” əldə olunana qədər davam edəcək

İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bazar ertəsi bildirib ki, ölkə "tam çəkindiricilik" səviyyəsinə çatana qədər müharibə davam edəcək.

Gunaz.tv

Əkrəminiya əlavə edib ki, ABŞ-a dəstək verən ölkələr Hörmüz boğazı ilə bağlı İranın atacağı addımların nəticələri ilə üzləşə bilərlər.

Onun sözlərinə görə, Vaşinqtonla əməkdaşlıq edən, eyni zamanda ticarət və neft ixracı üçün Hörmüz boğazından istifadə etməyə davam edən ölkələr İranın bu strateji su yoluna yanaşmasının onların münasibətlərinə təsir edəcəyini gözləməlidirlər.

"Amerikalıların tərəfini tutan istənilən ölkə mütləq Hörmüz boğazında problemlərlə üzləşəcək. Heç kim bu marşrutdan istifadə edərək ölkəyə avadanlıq və sursat gətirib sonra onları bizə qarşı işlədə bilməz," – deyə Əkrəminiya bildirib.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar