SON XƏBƏRLƏR

ABŞ vətəndaşlarına: İranı dərhal tərk edin

2026.07.20, 21:30
ABŞ vətəndaşlarına: İranı dərhal tərk edin

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Dövlət Departamenti X sosial şəbəkəsindəki farsdilli hesabında yaydığı açıqlamada Yaxın Şərqdə artan gərginliyə diqqət çəkərək ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb və hazırda İranda olan Amerika vətəndaşlarından ölkəni mümkün qədər tez tərk etmələrini istəyib.

Məlumatda bildirilir ki, Yaxın Şərqdə davam edən ciddi gərginlik səbəbindən bölgədə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və gərginliyin gözlənilmədən daha da artması ehtimalı var.

ABŞ Dövlət Departamenti vətəndaşlarına xəbərləri davamlı izləməyi, ehtiyatlı olmağı, Yaxın Şərqə səfər etməzdən və ya bu bölgədən tranzit keçməzdən əvvəl aviaşirkətlərlə əlaqə saxlayaraq uçuşlarının vəziyyətini dəqiqləşdirməyi tövsiyə edib.

Departament həmçinin vurğulayıb ki, ABŞ vətəndaşları İrana səfər etməməli, Yaxın Şərqə səfər və ya bu bölgədən tranzit keçidlə bağlı planlarına yenidən baxmalıdırlar. Hazırda İranda olan ABŞ vətəndaşlarından isə ölkəni mümkün qədər tez tərk etmələri istənilib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti vətəndaşlarını mümkün hərbi qarşıdurma baş verəcəyi təqdirdə ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etməyə və fövqəladə vəziyyətə hazır olmağa çağırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar