Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
İranlılar dünyanın ən irqçi xalqıdır- London Kral Kolleci
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub- Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
"İş ondadır ki, Avropa Birliyini təbii qazla tam təmin etmək və avropalıların ehtiyaclarını ödəmək üçün heç bir problem duymuruq. Problem tranzit ölkələrdədir. Qaz ya var, ya da yoxdur. Rusiyada isə təbii qaz var. Və bu qaz daxili tələbatla yanaşı, Qərbdəki tərəf-müqabillərimizin ehtiyacını ödəmək üçün hələ 100 il də bəsdir". Rusiyanın baş naziri Vladimir Putin Macarıstan hökumətinin başçısı Ferents Dyurçanla Kremldə apardığı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, bunlar ekspertlərin hesablamalarıdır. Putinin dediyinə görə, Azərbaycan v Orta Asiyanın təbii qazını Avropa Birliyinə çıxaracaq "Nabucco" layihəsi iqtisadi baxımdan səmərəli deyil. "Bu layihə bizim marşrutlardan fərqli olaraq tranzit ölkələrin sayını azaltmaq əvəzinə, daha da artırır. Bununla da problemlər də çoxalır. Eyni zamanda, İranın həmin layihədə iştirakı olmasa, "Nabucco" borusunu təbii qazla yetərli həcmdə doldurmaq mümkün deyil", - Rusiyanın baş naziri söyləyib. Sonra isə o, rişxəndlə əlavə edib: "Əlbəttə, bu layihə nə zamansa reallaşarsa, sevinərik". V.Putin sonda Macarıstanın baş naziri F.Dyurçana sərt ultimatum da ünvanlayıb: "Əgər "Cənub axını" marşrutunu tikib istifadəyə verə bilməsək - halbuki buna dərin şübhəm var - təbii qazımızı maye halına salaraq onu indiki qiymətlərdən təxminən 20% baha sata bilərik. Belədə, həm Macarıstan, həm də Avropanın digər ölkələri təbii rəqabət üstünlüyünü itirəcəklər". Rusiya hazırda Avropanın ümumən enerji ehtiyacının 25%-ni ödəyir. Avropa ölkələrinin qaz ehtiyacının isə 42%-inin təminatı Rusiyanın payına düşür. Avropa Birliyi ölkələri ildə 600 milyard kubmetr qaz işlədir. Moskva isə indiki mövqeyi və yeri ilə kifayətlənmək niyyətində deyil. Rusiyanın "Qazprom" şirkəti "Cənub axını" layihəsinin imkanlarını artırmaq və bu kəmərlə ildə əlavə olaraq 16 milyard təbii qaz nəqlini planlaşdırır. Avropa Birliyinə Rusiyadan qaz nəqlini nəzərdə tutan digər, ikinci marşrut olan "Şimal axını"na gəldikdə isə, həmin kəmərlə ildə 55 milyard kubmetr qaz ixrac olunacaq. Macarıstan isə "Nabucco" ilə bağlı tutduğu mövqeni ciddi şəkildə dəyişib ki, bu da Azərbaycanın xeyrinə olmayan məsələdir. Layihədə iştirak edəcək ölkələrin dövlət və hökumət başçılarının Budapeştdə keçirilən sammitində "Nabucco"nu ikiəlli dəstəklədiyini bildirən Ferens Dyurçan Kremldə apardığı danışıqlarda bildirib ki, onun ölkəsi həm "Nabucco", həm də Rusiyanın təbii qazını Avropa Birliyinə çıxaracaq "Cənub axını" layihəsini dəstəkləyəcək. Macarıstan İnkişaf Bankının (MFB) prezidenti Yanov Yeroş isə dünən bildirib ki, Rusiyanın layihəsi onları "xeyli maraqlandırıb. Onun dediyinə görə, "Cənub axını" layihəsi ildə 31 milyard kubmetr təbii qazın nəqlinə hesablanıb. Rusiya isə kəmərin Macarıstan ərazisi ilə keçən hissəsi ilə ildə 10 milyard kubmetr təbii qaz nəql etmək, habelə yeraltı qaz anbarı tikmək niyyətindədir. Halbuki rəsmi Budapeşt bununla bağlı Bakı ilə danışıqlar aparırdı. ARDNŞ yetkililərinin əməkdaşımıza verdikləri niyyətindədir. Belə ki, ötən ilin sonlarında başlayan və indiyədək davam edən danışıqlarda Macarıstanda yeraltı qaz anbarının inşası da müzakirə edilən məsələlər arasında idi. Macarıstanın MOL korporasiyası bu məqsədlə ARDNŞ ilə birgə layihəni də reallaşdırmaq niyyətində idi. Energetika Nazirliyindən aldığımız məlumata görə, MOL-un "Puştafoldvar-Duş" rezervuarının bazasında inşa ediləsi anbarın həcmi 1,3 milyard kubmetr, sutkalıq istehsalı isə 15 milyon kubmetr olmalı idi. Bunun üçün birgə müəssisənin yaradılması və ümumi həcmi $10 milyard olan işlərin görülməsi də nəzərdən keçirilirdi. Fəqət, Budapeşt indi mövqeyini tamamən dəyişib və həmin anbarı MOL ilə "Qazprom" paritet əsaslarla (tərəflərin hər birinin payı 50% olacaq) tikərək istifadə edəcəklər. Bütün bunlara rəğmən Azərbaycanın Energetika Nazirliyii ilə bahəm, Dövlət Neft Şirkətinin mənsubları Macarıstanın bütünlüklə Rusiyanının asılılığına girməyəcəyinə ümid edirlər. "Macarıstan rəhbərliyi gözəl başa düşür ki, Rusiyanın "Qazprom" şirkətinin layihələrindən fərqli olaraq "Nabucco" Budapeştin təbii qaz təminatında müstəqilliyini qoruyur. Avropa Birliyinin təbii qaza olan tələbatı fasiləsiz artır. Əgər həmin tələbat indiki templərlə yüksəlməyə davam edərsə, "Nabucco"nun hər hansı formada rəqibinin olacağını düşünmürük", - ARDNŞ yetkililəri söylədilər. Hadisələrin belə məcrasında ən mühüm olay isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dünən Bakıda keçirdiyi danışıqların mövzusudur. Rəsmi məlumat və açıqlamalara görə, danışıqlarda Xəzər bölgəsinin təhlükəsizlik problematikası müzakirə olunub. Fəqət Rusiya XİN-dəki mənbələrin açıqlamalarına, habelə "The Moscow Post" qəzetinin verdiyi xəbərə görə, əsas müzakirə mövzuları Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması yolları, habelə Azərbaycanın "Nabucco" layihəsində iştirak perspektivləri olub. "Rusiya ilə Azərbaycan arasındakı əlaqələrlə münasibətlər indiyədək çox normaldı. Lakin Moskvanın Ermənistanın Gümrü şəhərindəki 102-ci bazasından $800 milyonluq silah və hərbi texnikanı İrəvana verməsi barədə informasiyalar yayılandan sonra iki ölkə arasında münasibətlərə kölgə düşüb. Rusiya ilə Ukrayna arasındakı təbii qaz münaqişəsi baş verəndən sonra Avropa Birliyi "mavi yanacaq"la təminatda Moskvadan asılılığını azaltmaq üçün "Nabucco" layihəsini gündəmə gətirdi və Azərbaycan da bu layihənin əsas iştirakçısına çevrildi. Sergey Lavrovun da qarşısında duran əsas məsələ Bakını sakitləşdirmək, Dağlıq Qarabağ məsələsində Kremlin Azərbaycana loyal qaldığına azərbaycanlılara inandırmaqdı. Arqumentlərini daha da inandırıcı etdirmək üçü Lavrov danışıqlarda Bakının Rusiyaya bundan sonra "sədaqətli" qalmasının əvəzində Dağlıq Qarabağ problemində azərbaycanlıların mövqeyini ön plana çıxarmağı təklif edib. Hər halda bunu təxminləyirik", - "The Moscow Post" bildirib. Müşahidəçilər isə hesab edirlər ki, Rusiyanın baş naziri Vladimir Putinin ultimativ ruhlu açıqlamaları və XİN başçısı Sergey Lavrovun Bakıya səfərində səslənən vədlərə rəğmən, Kremlin "Nabucco" layihəsi ilə bahəm, Dağlıq Qarabağ məsələsində də mövqeyini dəyişəcəyinə ümid etməyə dəyməz. Macarıstana gəldikdə isə, Budapeşt bir güllə ilə iki dovşan vurmaq istəyir. Belə ki, "Qazprom"la müqavilə bağlayan Budapeşt birbaşa investisiyalar və Rusiya bazarına çıxış; "Nabucco"ya qoşulmaqla isə Avropa Birliyinin aparıcı dövlətlərinin müttəfiqi olduğunu, habelə ABŞ-ın siyasi dəstəyi və Dünya Bankının maliyyə yardımlarına yiyələnmək istəyir. Hadisələrin gedişatı isə göstərir ki, təbii qaz və geosiyasət məsələlərində əks düşərgələrin hər ikisi ilə bərabərsəviyyəli əməkdaşlıq olmur. Həsən AĞACAN
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi