SON XƏBƏRLƏR

SEPAH Hörmüz boğazında iki neft tankerini hədəfə alıb

2026.07.21, 10:55
SEPAH Hörmüz boğazında iki neft tankerini hədəfə alıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bazar ertəsi yaydığı bəyanatda Hörmüz boğazının cənub marşrutu ilə hərəkət etməyə çalışan iki neft tankerini hədəfə aldığını bildirib.

Gunaz.tv

Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.

SEPAH-ın açıqlamasına görə, hücum nəticəsində tankerlərdə partlayış və yanğın baş verib, gəmilər isə hərəkətsiz qalıb.

Bəyanatda iddia olunur ki, tankerlər xəbərdarlıqlara məhəl qoymayaraq təhlükəli elan edilən marşrutdan keçməyə cəhd göstəriblər.

SEPAH əlavə edib: "ABŞ-ın bölgədəki hərbi əməliyyatları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq və bölgədən bir damcı belə neft, qaz və ya bir kisə kimyəvi gübrə ixrac edilməyəcək."

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar