SON XƏBƏRLƏR

Tramp etirazçıların edamına görə İran rəhbərliyini “vəhşi” adlandırdı

2026.07.21, 18:23
Tramp etirazçıların edamına görə İran rəhbərliyini “vəhşi” adlandırdı

ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında İranın İsfahan şəhərindəki Dəstgird həbsxanasında bazar günü edam edilən 18 yaşlı İrfan İsfəndiyari və 23 yaşlı Qol-Məhəmməd Məhəmmədi ilə bağlı üç paylaşımı yenidən yayımlayıb.

Gunaz.tv

Tramp Qol-Məhəmməd Məhəmmədinin edamı ilə bağlı paylaşımın üzərinə belə yazıb:

"Bu, 52 mindən çox günahsız etirazçının sonuncusudur. Vəhşilər!!! Demokratlar nə vaxt ayılacaq??? Prezident DJT."

Tramp həmçinin İrfan İsfəndiyarinin edamı ilə bağlı "Onların səsi olun" çağırışı edilən paylaşımı da yenidən paylaşıb.

Bundan əlavə, o, İran İslam Respublikasının bayrağı fonunda "Bizi öldürməyi dayandırın" yazılmış plakat tutan gözyaşlı bir qadının təsvir olunduğu şəkli də öz hesabında yayımlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar