SON XƏBƏRLƏR

İranlı deputat: ABŞ-ın mümkün hücumu nüvə silahına yönəlmək üçün əsas yarada bilər

2026.07.22, 13:10
İranlı deputat: ABŞ-ın mümkün hücumu nüvə silahına yönəlmək üçün əsas yarada bilər

ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumu ölkənin nüvə doktrinasının dəyişdirilməsi üçün ciddi əsas yarada bilər.

Gunaz.tv

Bu barədə İran parlamentinin deputatı İbrahim Rəzayi X sosial şəbəkəsində yazıb.

O, paylaşımına Nüvə Doktrinasını DəyişdirinNüvə Çəkindiriciliyi həştəqlərini də əlavə edib.

İran uzun illərdir nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını və nüvə silahı əldə etmək niyyətində olmadığını bildirir. Bununla belə, bəzi sərt xətt tərəfdarı siyasətçilərin nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı çağırışları ölkənin nüvə çəkindiriciliyi məqsədilə silah hazırlamasının tərəfdarlığı kimi qiymətləndirilir.

Rəzayi bu açıqlamaları parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasında keçirilən illik rəhbərlik seçkilərində komissiyanın sözçüsü vəzifəsindən kənarlaşdırıldıqdan sonra verib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar