SON XƏBƏRLƏR

ABŞ: İran kommersiya gəmilərinə hücum etməklə memorandumu pozub

2026.07.22, 14:10
ABŞ: İran kommersiya gəmilərinə hücum etməklə memorandumu pozub

ABŞ dövlət katibi Marko Rubio İranın İslamabad Anlaşma Memorandumuna dair şərhini rədd edərək bildirib ki, bu sənəd Tehrana Hörmüz boğazında kommersiya gəmilərinə hücum etmək hüququ vermir.

Gunaz.tv

Rubio ASEAN sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib:

“Memorandum onlara kommersiya gəmilərinə qarşı pilotsuz uçuş aparatları və raketlərdən istifadə etmək hüququ vermir.”

O əlavə edib:

“Orada Hörmüz boğazında kommersiya gəmilərinə raket və dronlarla hücum etməyə icazə verildiyi yazılmayıb. Onlar bunu etməklə memorandumu pozublar.”

Rubionun bu açıqlaması İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın memoranduma istinad edərək İranın kommersiya gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün “əlindən gələni edəcəyinə” dair müddəanı xatırlatmasından və “birtərəfli razılaşmalar dövrü başa çatıb” deməsindən sonra səsləndirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar